Azər Axşam: “Bu halda efirdə mədəniyyətdən, nəzakətdən söhbət gedə bilməz”
Aktyor – aparıcı Azər Axşam televiziyalarda baş verənlərdən narahat olduğunu etiraf edib.
Adalet.az bildirir ki, o, aparıcılar sponsora güvənib televiziya rəhbərliyinə meydan oxuduqlarını söyləyib:
“Bu gün televiziya rəhbərləri hər hansı bir uğursuz aparıcını kanaldan kənarlaşdırırlar. Ancaq yaxşı reytinq gətirir deyə digər televiziya rəhbərləri həmin aparıcını kanala dəvət edirlər. Onlar da gəlirlər efirə nə danışıqlarını bilirlər, nə rəftarlarını. Nə olsun sponsorları var?! Axı bu, hər şeyi həll etmir.
Hətta bəzən televiziya rəhbərləri aparıcıya təklif edirlər ki, istədiyin şəraiti yaradırıq, sən sponsor gətir.
Aparıcı da bundan istifadə edib deyir ki, mənə heç kəs heç nə deyə bilməz. Bu kanalı mən saxlayıram. Sponsorlarım çoxdur. Belə olan halda, əlbəttə, efirdə mədəniyyətdən, nəzakətdən söhbət gedə bilməz”.
Əntiqə


Bakı -°C

