Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək
Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49
Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək
18 Noyabr 2026 11:49
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
18 Noyabr 2026 11:47
Bu dövlət rüsumu 30 manat olacaq
18 Noyabr 2026 10:22
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
17 Noyabr 2026 16:26
Yaşayış minimumu birinci oxunuşdan keçdi
17 Noyabr 2026 16:12
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyaları artırıldı
17 Noyabr 2026 12:19


Bakı -°C

