"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov

"Çox təfərrüatları bilmirəm, məsələ hələ proses və araşdırma mərhələsindədir, lakin Azərbaycan tərəfi bütün əsgərləri azad edib".
Adalet.az xəbər verir ki, bunu Topçubaşov Analitik Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda beynəlxalq tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
"Əsgər olanlar azadlığa buraxılıb, lakin Azərbaycan qanunlarını pozan və Azərbaycan qanunlarına görə qanun pozucusu sayılan təqsirləndirilən şəxslər var. Ona görə də onlar hazırda Bakıda saxlanılır. Amma proses davam edir", - Muradov bildirib.
Onun sözlərinə görə, problem İrəvanla Bakı arasında dialoq yolu ilə həll edilməlidir.
Digər Xəbərlər

Baş Prokurorluğun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - FOTOLAR + YENİLƏNİB

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

Taksi qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

Kərim Vəliyev Belarusa getdi

“Laçınlılar ittiham olunmalı deyil...” – Sabiq alay komandiri OD PÜSKÜRDÜ

AYNA-dan avtobuslar arasındakı intervalla bağlı AÇIQLAMA
