Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar
Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.
Adalet.az xəbər verir ki, yığma Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib.
100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.
Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.
Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.
Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılarımız karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.
Digər Xəbərlər
28 Aprel 2026 10:43
Futbolda sarı kart ləğv edir?
28 Aprel 2026 09:34
Çempionlar Liqasında erkən final
27 Aprel 2026 18:17
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
27 Aprel 2026 17:55
Mbappe zədələndi
27 Aprel 2026 17:30
"Siti"nin ulduzu sərxoş halda restoranda yatdı - FOTO
27 Aprel 2026 15:50
Azərbaycan Kubokunda final oyununun vaxtı bəlli oldu
26 Aprel 2026 23:28
“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi
26 Aprel 2026 22:42


Bakı -°C

