"Azərbaycan-Ermənistan sülh sazişi bütün aktorların marağına uyğundur" - Türkiyə TŞ
Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli sülh regiondakı bütün aktorların marağına uyğundur.
Adalet.az xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.
Sənəddə Bakı-İrəvan danışıqlarında müsbət irəliləyişin sülh sazişi ilə nəticələnəcəyinə dair gözləntilər və arzular ifadə edilib.
İclas zamanı Ukraynadakı son vəziyyətin də müzakirə olunduğu qeyd olunur.
Türkiyə Milli Təhlükəsizlik Şurası bəyan edib ki, Ukraynada müharibənin genişlənməsi tendensiyasının qarşısı alınmalıdır, atəşkəs və ədalətli sülhə nail olunmalıdır.
Bəyanatda Suriyada baş verən son hadisələrə də diqqət çəkilib.
Bildirilir ki, Ankara hər zaman və qətiyyətlə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına dəstək verib. “Son hadisələr Bəşər Əsəd rejiminin öz xalqı və müxalifətlə danışıqlar apararaq ümumi fikrə gəlməsinin vacibliyini bir daha ortaya qoyub. Suriyada mülki əhalinin təhlükəsizliyi təmin olunmalıdır”, - deyə qeyd edilib.
Türkiyənin milli təhlükəsizliyinə və türk xalqına qarşı hər hansı təhdidin dərhal aradan qaldırılacağı bəyanatda vurğulanıb.
Digər Xəbərlər
08 Dekabr 2025 22:24
İlham Əliyev və Peter Pelleqrini arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB + FOTOLAR
08 Dekabr 2025 22:18
Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib - FOTOLAR
08 Dekabr 2025 22:05
İlham Əliyev slovakiyalı həmkarı ilə Devin qəsrində - FOTOLAR
08 Dekabr 2025 22:00
Prezidentlər Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət etdilər - FOTOLAR
08 Dekabr 2025 21:45
Leyla Əliyeva ilə Əl Maktumun görüşü oldu - FOTO
08 Dekabr 2025 21:00
Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı - FOTOLAR
08 Dekabr 2025 19:35
Sahibə Qafarova Abbas Əraqçi ilə görüşüb - FOTOLAR
08 Dekabr 2025 19:20


Bakı -°C

