Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
Hazırda Azərbaycan çox güclü və qlobal arenada sözünü deyən bir ölkədir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası zamanı deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının inkişafında ölkə başçılarının rolu böyükdür.
"Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq aləmdə ciddi aktor kimi formalaşır. TDT olaraq regionda sülh və əminamanlıq üçün çalışırıq. Hazırda dünyada müxtəlif təhdidlər mövcuddur. Belə bir dönəmdə birlik olmağımız əhəmiyyət kəsb edir. Biz bölgədə yalnızca sülh və əminamanlıq üçün çalışırıq",- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası keçirilir.
İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edirlər.
Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.
Digər Xəbərlər
09 Oktyabr 2026 10:57
"III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" - Prezident
09 Oktyabr 2026 10:32
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
09 Oktyabr 2026 10:31
"Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqelərini möhkəmləndirir"
09 Oktyabr 2026 10:30
Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
09 Oktyabr 2026 10:30
"Laçındakı tədbirlər bu diyarın tarixi ilə yaxından tanış olmağa imkan yaradıb" - Prezident
09 Oktyabr 2026 10:25
"Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır" - Paşinyan
09 Oktyabr 2026 10:18


Bakı -°C

