Azərbaycan İtaliyadan təyyarələr alır
Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alır.
Adalet.az xəbər verir ki, bu barədə “marketscreener.com" saytı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi C-27J Spartan təyyarəsinin tədarükünə dair İtaliya tərəfi ilə artıq kontrakt imzalayıb. Alınacaq təyyarələrin sayı barədə dəqiq məlumat verilməyib.
C-27J Spartan təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır və mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirə bilən təyyarə 60 əsgər və ya 45 xüsusi təyinatlı əsgər və ya 36 yaralı daşıya bilir.
Qeyd edək ki, “Leonardo” şirkətinin istehsalı olan təyyarənin 1 ədədinin qiyməti 65-70 milyon dollar arasıdadır.
Digər Xəbərlər
22 Oktyabr 2026 14:41
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edildi
22 Oktyabr 2026 14:38
“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 13:42
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 Oktyabr 2026 12:31
Yağış yağacaq, şimşək çaxacaq
22 Oktyabr 2026 11:00
Ərdoğanın prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - Şərh
22 Oktyabr 2026 10:56
FHN təlim keçirdi - VİDEO
22 Oktyabr 2026 10:54
Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir
22 Oktyabr 2026 10:04


Bakı -°C

