Azərbaycan kubokunda finalın vaxtı dəyişdi
2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.
Adalet.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.
Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.
Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək.
Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.
Digər Xəbərlər
13 Mart 2026 09:51
“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
13 Mart 2026 09:48
Konfrans Liqası: 1/8 finalın 8 matçı keçirildi
13 Mart 2026 00:07
“Samsunspor” İspaniya klubuna məğlub oldu
12 Mart 2026 22:30
Günay Qurbanova Avropa çempionu oldu
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

