Azərbaycan millisinin Monteneqro ilə oyun üçün heyəti
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.
AFFA-dan Adalet.az-a verilən məlumata görə, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.
Millinin heyəti: Nərgiz Əliyeva, Yeliz Acar, Əsra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Firuzə Bayramova (“Dinamo Balakən”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (klubsuz), Jalə Məhsimova (“Amedspor”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin”, Rusiya), Aysun Muradova “Gölbaşı Bələdiyəspor”, Türkiyə).
Qeyd edək ki, milli komanda təlim-məşq toplanışına fevralın 15-də başlayacaq. Yığma fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqro seçməsini qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Digər Xəbərlər
07 Yanvar 2026 12:40
"Qarabağ" - "Turan Tovuz" matçının tarixi açıqlandı
07 Yanvar 2026 12:00
Niderlandlı futbolçunun qeyri-adi statistikası
07 Yanvar 2026 11:21
Afrika Millətlər Kubokunda 1/4 final cütlükləri bəlli oldu
06 Yanvar 2026 19:41
Məhkəmə onları həbsdə saxladı
06 Yanvar 2026 19:24
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32


Bakı -°C

