Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.
Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.
İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
11 Fevral 2026 12:57
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTOLAR
11 Fevral 2026 12:18
Pezeşkian Azərbaycana təşəkkür etdi
11 Fevral 2026 12:01
Azərbaycan XİN İranı təbrik etdi
11 Fevral 2026 11:26
ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir? - AÇIQLAMA
11 Fevral 2026 11:22
ABŞ səfirliyi: Vensin Şəhidlər Xiyabanını ziyarət etməsi hörmətin ifadəsidir
11 Fevral 2026 10:59
Prezident Venslə görüşündən video paylaşdı
11 Fevral 2026 10:56
Bu, Azərbaycan xarici siyasətinin artıq yeni bir mərhələsidir – Politoloq
11 Fevral 2026 10:56


Bakı -°C

