Azərbaycan-QDİƏT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı
Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a bildirilib ki, görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, bu ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək, ölkəmizin Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın regional iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən yaşıl enerji dəhlizi layihəsinin, habelə Orta Dəhlizin inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.
Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçi qruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdən keçirilib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Digər Xəbərlər
29 Dekabr 2025 15:12
Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri ilə telefon danışığı aparıb
29 Dekabr 2025 14:38
Azərbaycan XİN-dən Somalidəki son hadisələrə dair BƏYANAT
29 Dekabr 2025 13:54
İlham Əliyev Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi
29 Dekabr 2025 12:23
“Rusiyanın bu addımı tərəflər arasında ciddi gərginliyə səbəb olacaq”
29 Dekabr 2025 11:03
İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
29 Dekabr 2025 10:59
Ölkənin idman siyasəti: uğurlar və strateji hədəflər
29 Dekabr 2025 09:10
“Vaşinqton Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”
27 Dekabr 2025 11:40


Bakı -°C

