Azərbaycan səfirliyi Vaşinqtondakı təxribatla bağlı məlumat yaydı
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Adalet.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.
Hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı çərçivəsində baş verib.
Məlumata görə, Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin nəqliyyat vasitəsinə qarşı təhqiramiz hərəkətlər ediblər. Həmçinin Azərbaycanın rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndirilib.
Səfirliyin açıqlamasında qeyd olunur ki, Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlərin yalnız təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanır.
Bəyanatda həmçinin ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasına istinad edilərək hotel ərazisinin rəsmi təhlükəsizlik perimetrinə daxil edildiyi bildirilib.
Səfirlik təhlükəsizlik tədbirlərinin təhrif olunması və əsassız iddiaların yayılması cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər.
Sonda məsuliyyətli məlumatlandırmaya çağırış edilərək, təsdiqlənməmiş iddialar əsasında nəticələr çıxarılmamasının vacibliyi vurğulanıb.
Digər Xəbərlər
20 Fevral 2026 19:11
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
20 Fevral 2026 16:40
Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub
20 Fevral 2026 16:00
Bu deputatlara yeni vəzifə verilir
20 Fevral 2026 14:07
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
20 Fevral 2026 12:19
Prezident "Sülh Şurası"nın ilk iclası ilə bağlı paylaşım etdi - VİDEO
20 Fevral 2026 11:47
"Bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz" - Deputat
20 Fevral 2026 11:43
"Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz..." - Komitə sədri
20 Fevral 2026 11:25


Bakı -°C

