Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib
Azərbaycan şəhidlərinin əziz xanımları ilə Türkiyədə qardaşlıq görüşü keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xanımları ilə Türkiyədə keçirilən “Türkiyə Qardaşlıq Görüşü” çərçivəsində bir araya gəldik.
Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi, mənəvi və qardaşlıq bağlarının əhəmiyyəti vurğulanıb. Türkiyədən olan qardaşlarımızın Azərbaycandan gələn qonaqları öz ailə üzvləri kimi qəbul etməsi iki ölkə xalqları arasındakı sarsılmaz həmrəyliyin və qarşılıqlı ehtiramın daha bir ifadəsi kimi dəyərləndirilib.
“Bir millət, iki dövlət” şüarı ətrafında formalaşan bu möhkəm mənəvi bağların gələcək nəsillərə də ötürülməsinin vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmadığı, xalqlarımızı birləşdirən dərin tarixi və mənəvi dəyərlərə söykəndiyi bildirilib.
Görüşdə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəmanlarımızın fədakarlığının heç vaxt unudulmayacağı vurğulanıb.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Azərbaycan–Türkiyə qardaşlığının, qarşılıqlı həmrəyliyin və sarsılmaz könül bağlarının əbədi davam etməsi arzulanıb.
Digər Xəbərlər
06 Oktyabr 2026 21:05
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama
06 Oktyabr 2026 17:32
Fazil Məmmədov nazir müavini oldu
06 Oktyabr 2026 17:19
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
06 Oktyabr 2026 16:20
"Azərsun Holdinq" Təmizlik Kağızları Fabrikinə mediatur keçirib - FOTOLAR
06 Oktyabr 2026 15:39
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib" - Komitə sədri
06 Oktyabr 2026 15:30
Korrupsiya ilə bağlı məlumatlar bu hallarda açıqlanacaq
06 Oktyabr 2026 15:12
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
06 Oktyabr 2026 15:05


Bakı -°C

