Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr nümayəndələri ilə görüş - FOTOLAR
Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti ilə görüş olub.
Adalet.az xəbər verir ki, nümayəndə heyətində İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Konya millət vəkili, Türkiyə - Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universiteti Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, universitetin rektoru, professor Hasan Kılıç, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya yer alıb.
Azərbaycan Universitetini isə rektor, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun da iştirak etdiyi görüşün əsas mövzusu Doğu Akdeniz Universiteti ilə Azərbaycan Universiteti arasında akademik əməkdaşlıq əlaqələrinin qurulması olub.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, mümkün əməkdaşlıq istiqamətlərini və mexanizmlərini müzakirə ediblər.
Görüşdə Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasındakı əlaqələrə də toxunulub. Qeyd edilib ki, Şimali Kipr Türk Dünyasının bir parçasıdır. Azərbaycan Şimali Kiprin mübarizəsini dəstəkləyir, tanınması mövzusunda prinsipial mövqe və Türkiyənin tezisləri ilə həmrəylik nümayiş etdirir. Milli Məclisdə Azərbaycan - Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.
Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Antalyada keçirilən Diplomatiya Forumunda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə görüşünü, 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Ersin Tatarın iştirakını məmnunluqla xatırladıqlarını bildirib, dəstəyə görə təşəkkür ediblər.
Sonda əməkdaşlıq haqqında Memorandum imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Digər Xəbərlər
12 Noyabr 2026 18:01
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
10 Noyabr 2026 11:53
5 günlük tətil başlayır - TARİXLƏR AÇIQLANDI
09 Noyabr 2026 21:00
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
09 Noyabr 2026 16:01
Təhsil işçiləri üçün “Zəfər düşərgəsi” keçirilib - FOTOLAR
08 Noyabr 2026 15:39
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə neçə şagird təhsil alır?
07 Noyabr 2026 14:12
“Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini...”
07 Noyabr 2026 12:14
Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb
06 Noyabr 2026 09:32


Bakı -°C

