Azərbaycan və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə etdi - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Zakir Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb.
Briqada generalı Əziz Nəsirzadə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
25 Noyabr 2026 12:05
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
25 Noyabr 2026 11:54
Nazirlərin görüşü başladı - YENİLƏNİB
25 Noyabr 2026 11:41
Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - FOTO
25 Noyabr 2026 10:34
“Pekin ABŞ-nin İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir”
25 Noyabr 2026 10:14
“İran TRİPP marşurutuna qarşı çıxması özünün...”
25 Noyabr 2026 10:10
Məzahir Pəhanov "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak edir
25 Noyabr 2026 09:46
“Azərbaycanını düşünən siyasi ideologiya ətrafında millət olaraq birləşmişik...”
24 Noyabr 2026 23:21


Bakı -°C

