Azərbaycan XİN başçısı: Ermənistan tərəfindən siyasi iradə və məsuliyyət gözləyirik

Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib.
"Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik. Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur", - nazir qeyd edib.
Digər Xəbərlər
28 Oktyabr 2025 19:36 Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir - Prezident
28 Oktyabr 2025 18:50 Sahibə Qafarova rumıniyalı həmkarı ilə müzakirə apardı
28 Oktyabr 2025 18:15 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 Oktyabr 2025 18:06 Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - Fotolar
28 Oktyabr 2025 17:49 "Zəfərimiz bütün dünyaya səs salıb" - İlham Əliyev
28 Oktyabr 2025 17:10 Ceyhun Bayramov Omana getdi
28 Oktyabr 2025 16:27 Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
28 Oktyabr 2025 16:26 

Bakı -°C 






