Azərbaycan yenidən İsrailə müraciət edib
Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.
Adalet.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.
Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə böyük ziyan dəyir.
İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır.
Digər Xəbərlər
24 Oktyabr 2026 12:22
AzTV üçün yeni bina tikiləcək - VİDEO
24 Oktyabr 2026 09:09
Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41


Bakı -°C

