Azərbaycan yığmaları seçmə mərhələni 1 xalla başa vurublar
Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.
Adalet.az xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı üçüncü sınağında Rumıniya ilə qarşılaşıb. Buftya şəhərində reallaşan görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.
Komandamız qrupda daha əvvəl keçirdiyi oyunlarda Macarıstana 0:4, Yunanıstana isə 0:3 hesabı ilə məğlub olmuşdu.
Azərbaycanın U-19 millisi isə Moldova ilə üz-üzə gəlib. Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə nəticələnib. Yığma ilk oyunda İslandiyaya 0:2, ikinci matçda isə İrlandiyaya 0:4 hesabı ilə uduzub.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

