Azərbaycana ehtiramla yanaşan gürcü əsilli rəssam: VƏFAT ETDİ
Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahovun ən yaxın dostu olmuş Rusiyanın Xalq rəssamı Zurab Tsereteli vəfat edib.
Məlumatı rəssamın köməkçisi Sergey Şaqulaşvili paylaşıb.
Adalet.az xəbər verir ki, 91 yaşlı sənətkar sovet, gürcü və rus monumental rəssamı, heykəltəraşı, rəssamı, pedaqoqu idi. 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının prezidenti olub. SSRİ-nin xalq rəssamı, Rusiya Federasiyasının xalq rəssamı, "Vətən qarşısında xidmətlərə görə" ordeninin tam kavaleri idi.
5000-dən çox rəsm, qrafika, heykəl, monumental-dekorativ incəsənət (freskalar, mozaikalar, pannolar) əsərlərinin müəllifidir. Heykəltəraş kimi çoxsaylı abidələr yaradıb, onların arasında Moskvada "Əbədi dostluq", Nyu-Yorkda BMT binası qarşısında "Yaxşılıq pisliyi məğlub edir", Sevilyada "Yeni insanın doğuluşu", Londonda "Etimadsızlıq divarını dağıtmaq", Ruzada Zoya Kosmodemyanskaya abidəsi və başqaları var.
Hələ 2021-ci ilin mayında Azərbaycanın böyük rəssamı Tahir Salahovun ölümü ilə bağlı onun ailəsinə başsağlığı verərkən bu sözləri söyləmişdi: “Dünya miqyaslı dahi sənətkar aramızdan getdi. “Bu itkinin yeri doldurulmaz. Zəka, dəmir iradə sahibi, dürüst və ədalətli, gözəl insan, həmçinin əsərləri bütün dünyada rəğbət qazanmış böyük fırça ustası haqq dünyasına qovuşdu. Biz də Sizinlə bir yerdə bu ağır itkinin acısını paylaşırıq. Hamımız üçün yeri çox böyükdü. Mən də yaxın dostumu itirdim. Acılarımı sözlə ifadə etmək mümkün deyil”.
Rusiyadakı azərbaycanlılarla dostluq əlaqələri olan, Azərbaycana böyük ehtiramla yanaşan Zurab Tsereteli Rusiyada yaşayıb işlədiyinə baxmayaraq , ermənilərin sözünü deməyən, onların fitnəsinə uymayan bir neçə tanınmış gürcülərdəndir, odur ki, onun ölümünə təəssüflənirik.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

