Azərbaycana nifrət edən, qəzada ölən erməni deputat: Meyidi Kərki kəndində tapıldı
Ermənistan parlamentinin deputatı Mher Saakyan avtomobil qəzasında ölüb.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan öz Facebook səhifəsində yazıb.
Məlumata görə, parlamentari bazar günündən axtarışda idi. Onun meyiti dünənTiqranaşen yəni bizim işğalda olan Kərki kəndinin yaxınlığında avtomobildə tapılıb. Avtomobilin yoldan çıxaraq kanala yuvarlandığı məlum olub.
Deməli, 2016-cı ildə Aprel və 2020 44 günlük müharibənin iştirakçısı olan bu Saakyan haqqında Ermənistan parlamenti başsağlığı mətnində yazıb ki, “Vətənpərvər, prinsipial, fədakar vətəndaş və həmkarımızı itirdik”.
Halbuki, 2023-cü il aprelin 10-da Ermənistan Baş prokuroru Anna Vardapetyan qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentin sədri Alen Simonyana deputat Mher Saakyana qarşı istintaqın başlanması ilə bağlı vəsatət yollayıb. Deputata qarşı qaldırılan cinayət işi üzrə əldə edilmiş faktiki məlumatlara görə, o, 2023-cü il martın 31-də saat 11:15 radələrində qapalı işçi müzakirəsi zamanı cinayət əməlinə yol verib. Belə ki, deputat Saakyan həmin iclasda parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyanı yumruqla vurub. Prokurorluq onun əməlində cinayət tərkibi olduğunu əsas gətirərək parlament qarşısında deputatın toxunulmazlıq hüququnun aradan qaldırılması barədə vəsatət qaldırılmışdı.
Qeyd edək ki, Ermənistan parlamentinin müxalifət “Hayastan” fraksiyası deputat olan Mher Saakyan Azərbaycana qarşı münasibətdə eyni partiyadaşları Vardan Oskanyan,İşxan Saqatelyan kimi nifrətli olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Yanvar 2026 16:53
Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirildi
21 Yanvar 2026 12:20
“Bu isə qadının fərdi azadlığının sistemli şəkildə məhdudlaşdırılması deməkdir”
21 Yanvar 2026 11:32
"İnsanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər" - Deputat
21 Yanvar 2026 11:24
Qarlı hava qatarların hərəkətinə təsir edib?
21 Yanvar 2026 10:47
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
21 Yanvar 2026 10:04
Azərbaycanın ən bahalı qoruqları hansılardır? - QİYMƏTLƏR
21 Yanvar 2026 09:48
Bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - AYNA
21 Yanvar 2026 08:25


Bakı -°C



