Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Avqustun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Texnika Bank”, “Günay Bank” və “Dəmi Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik və dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115,420 manat olan 71,69 kv.metrlik mənzildən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvandakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Digər Xəbərlər
25 Iyul 2026 17:47
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
25 Iyul 2026 09:53
Azərbaycan nefti ucuzlaşdı
24 Iyul 2026 09:44
“Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir”
23 Iyul 2026 17:12
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
23 Iyul 2026 11:21
“Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı...”
23 Iyul 2026 09:52
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39


Bakı -°C

