Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI
Dünən Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 230 kvadratmetr olan ikimərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.
Adalet.az-ın məlumatına görə, 82 yaşlı Ağahüseyn Qəniyev şəxsi evini oğlu İsa və onun həyat yoldaşı Pərvanə ilə mübahisə nəticəsində yandırıb. Belə ki, oğlunun 2-ci ailəsini qəbul etməyən ev sahibi onların evdə yaşamasına icazə verməyib. Buna görə də A.Qəniyev əvvəllər döyülüb.
Sonuncu mübahisə isə 82 yaşlı kişinin evini öz qızına verəcəyini deməsindən sonra baş verib. Qayınatası ilə dalaşan Pərvanə ona aid olmayan evin sənədlərini götürərək evdən çıxıb. Bundan sonra A.Qəniyev qaz balonunu açıb və öz evində qəsdən yanğın törədib.
O, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına mane olub. Nəticədə ev yanaraq kül olub.
Onu da deyək ki, Ağahüseyn Qəniyevin oğlu İsanın ikinci evliliyindən 3 övladı var. (unikal)
Digər Xəbərlər
30 Mart 2026 13:22
Sabahın hava proqnozu açıqlandı
30 Mart 2026 10:33
BDU-nun professoru dünyasını dəyişdi
30 Mart 2026 00:30
Şirvanda partlayış oldu, xəsarət alan var - VİDEO
29 Mart 2026 20:12
Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO
29 Mart 2026 18:15
Daha 278 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO
29 Mart 2026 17:34
Rasim Balayevlə vida mərasiminin YERİ VƏ VAXTI
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31


Bakı -°C

