Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı ölkəsinə verildi
Türkmənistanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Digər Xəbərlər
07 Yanvar 2026 13:23
Nəzrinin ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
06 Yanvar 2026 17:37
Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verildi
05 Yanvar 2026 10:59
Ərəstun Oruclunun məhkəməsi başladı
27 Dekabr 2025 13:13


Bakı -°C

