Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olub.
Adalet.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub.
Qeyd edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 704 xəstə müalicə alır.
Digər Xəbərlər
10 Noyabr 2026 09:35
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
10 Noyabr 2026 09:19
Autizmlə əlaqəli ola biləcək yeni genetik dəyişikliklər aşkarlanıb
09 Noyabr 2026 23:19
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
09 Noyabr 2026 16:30


Bakı -°C

