Azərbaycanda Məhərrəm ayı BAŞLADI
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb.
Adalet.az QMİ-yə istinadən xəbər verir ki, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edir.
QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir.
Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar AR "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməlidir.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil.
Hər il olduğu kimi, bu il də qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

