Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1 002,4 manat təşkil edib.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 759 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Digər Xəbərlər
25 Aprel 2026 17:55
“Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 510 milyon dollara çatıb”
25 Aprel 2026 10:42
"İqtisadiyyatda boşluğu görən adam sahibkardır"
24 Aprel 2026 12:22
Azərbaycanda bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
24 Aprel 2026 10:32
"Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı
24 Aprel 2026 09:43
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı
24 Aprel 2026 09:15
Azərbaycandan Ermənistana buğda göndəriləcək
23 Aprel 2026 23:57
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
23 Aprel 2026 12:17


Bakı -°C

