Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunur
"Sevindirici haldır ki, hər il büdcəmiz artır. Bəzi hallarda bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Hesab edirəm ki, Azərbaycan elə bir inkişaf səviyyəsindədir ki, Azərbyacan Cənubi Qafqazın hər hansı ölkəsi müqayisə olunan səviyyədə deyil. Azərbaycan Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
"Azərbaycanın özündən asılı olmayaraq düşdüyü elə proseslər var ki, məcburdur bura vəsait ayırsın. Məsələn, Bolqarıstanda bu gün mina təmizləməyə bu gün vəsait ayrılmır. Amma Azərbaycan məcburdur ki, ermənilər tərəfindən ərazilərimizdə basdırılmış 1 milyondan artıq minanın təmizləyib o torpağı yararlı vəziyyətə gətirsin. Bunlar olmasa, həmin vəsait digər sosial problemlərin həllinə ayrılar. İşğaldan azad olunmuş ərazilərin bərpasına 4 milyard vəsait nəzərdə tutulub. Bunlara olmasa idi, 4 milyard müəllimin, həkimin və digərlərin əməkhaqqının artırılmasına ayrılardı. Bu məsələləri insanlara deməliyik".
Komitə sədri eyni zamanda, siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.
Digər Xəbərlər
21 Yanvar 2026 00:02
Mehriban Əliyeva İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib
20 Yanvar 2026 23:27
İlham Əliyev Davosda görüş keçirdi - FOTOLAR
20 Yanvar 2026 21:46
Xaçatryan: Ermənistan və Azərbaycan liderləri sülh ilə rifah yolunu seçiblər
20 Yanvar 2026 21:26
Prezident: Azərbaycan və Ermənistan arasında sülh prosesi unikal haldır
20 Yanvar 2026 21:10
Prezident Davosda daha bir görüş keçirdi - FOTOLAR
20 Yanvar 2026 20:30
İlham Əliyev Davosda panel iclasda iştirak edib - YENİLƏNİB
20 Yanvar 2026 20:10
Vuçiç: Prezident İlham Əliyev mənim dostumdur
20 Yanvar 2026 19:51


Bakı -°C

