Azərbaycanda ŞOK: ər ondan boşanan arvadını şantaj edir? - Məhkəmə çəkişməsi
Cəlilabad rayon Muğan kənd sakini Q.Əmənov keçmiş həyat yoldaşı A.A-nı (adı şərtidir) şantaj edir.
Bu haqda Adalet.az-a sahibkar S.Bayramov məlumat verib. Sahibkar bildirib ki, Q.Əmənovun keçmiş həyat yoldaşı onun çiyələk sahəsində fəhlə işləyib. Rusiyadan qayıdan Q.Əmənov sahibkarın sahəsinə gələrək keçmiş həyat yoldaşına uşaqlarının doğum şəhadətnaməsini vermək istədiyini bildirib.
Elə hər şey də bundan sonra başlayıb. Sahibkar həmin şəxsi əraziyə buraxıb və o uşaqlarının doğum şəhadətnaməsini keçmiş arvadına verərkən onu nalayiq söyüşlərlə 150 nəfər kollektivin içində təhqir edib. Sahibkar onun ərazisində söyüş söydüyü üçün Q.Əmənova iradını bildirəndə o sahibkardan polisə şikayət edib.
Q.Əmənov şikayətinin əsassız olduğunu və sahibkara bir şey edə bilmədiyini gördükdə başqa yola əl atıb. O, “Səhiyyə TV”nin “Əlimi buraxma” verilişinə çıxaraq keçmiş arvadını S.Bayramovun yoldan çıxardığını və hətta ona Bakıda ev kirayələdiyini iddia edib. Lakin verilişdə araşdırmalar zamanı məlum olub ki, Q.Əmənovun heç rəsmi nigahı yoxdur, uşaqlarına bu iki il ərzində aliment belə verməyib. Sahibkar haqqında dediklərini isə heç cür sübut edə bilməyib. Çəkiliş qrupuyla birlikdə keçmiş arvadının və uşaqlarının kirayə yaşadığı evə getdikdə qayınları onu döyərək ərazidən qovublar. Həm keçmiş qayınları, həm də həyat yoldaşı Q.Əmənovun iddialarının əsassız olduğunu bildirib.
Sahibkar S.Bayramov Q.Əmənovu efirdə onun şərəf və ləyaqətini təhqir etdiyinə və işguzar nüfuzuna zərər vurduğuna görə mülki qaydada məhkəməyə verib. Sahibkar bildirib ki, Q.Əmənov efirdə haqqımda səsləndirdiyi ittihamları məhkəmədə sübut etməlidir. Sahibkar deyib ki, Q.Əmənovun keçmiş arvadı onun çiyələk sahəsində cəmisi 15 gün işləyib.
Qeyd edək ki, Cəlilabad rayon Məhkəməsində hakim Elxan Əmirəliyevin sədrliyi ilə ilk məhkəmə iclası keçirilib. Məhkəmədə əməkdaşımız da iştirak edib. Növbəti məhkəmə prosesi isə aprelin 5-nə təyin edilib.
Yazının davamı olacaq...
Vasif Əlihüseyn
Digər Xəbərlər
06 Noyabr 2025 14:46
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib - MƏHKƏMƏ
06 Noyabr 2025 13:48
General-mayor Bəkir Orucovla bağlı qərar verildi
03 Noyabr 2025 14:57
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı
03 Noyabr 2025 11:52
Qaradağ icra hakimiyyətinin əməkdaşları bu maddələrlə ittiham olunur - Rəsmi
31 Oktyabr 2025 21:07
MƏHKƏMƏ: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - FOTOLAR
31 Oktyabr 2025 19:27
DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi
31 Oktyabr 2025 19:17
İslam Rzayev bu cinayətlərdə ittiham olunur - QƏRAR VERİLDİ
31 Oktyabr 2025 17:53


Bakı -°C

