Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
Avqustun sonunda Rusiyanın Şimal Dənizi üzrə "Rosselxoznadzor" idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz satılan anbarlarda yoxlama aparıblar.
Adalet.az bildirir ki, yoxlama zamanı Azərbaycandan gətirilmiş pomidor partiyasında sarı-qırmızı mozaik naxışların, nekrotik ləkələr və deformasiyaların aşkarlandığı iddia olunur.
Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.
Laboratoriya müayinələrinin nəticələri pomidorların həqiqətən də virusa yoluxduğunu təsdiqləyib. Həmçinin müəyyən edilib ki, məhsullar digər mallardan təcrid olunmuş şəkildə saxlanılmayıb və yoluxma əlamətlərinin aşkarlanması barədə aidiyyəti quruma məlumat verilməyib.
Sahibkara pozuntuların aradan qaldırılması ilə bağlı göstəriş verilib. Hazırda onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılır.
Virusa yoluxmuş pomidor partiyası məhv ediləcək./lent.az
Digər Xəbərlər
12 Oktyabr 2026 09:20
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44


Bakı -°C

