Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin cari vəziyyəti müzakirə olundu
9 fevral tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Konfransın sədri Betsi Berns Korn rəhbərlik edir.
Adalet.az xəbər verir ki, görüş zamanı, Azərbaycan-ABŞ, eləcə də Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.
Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü nəticəsində bölgəmizdə son inkişaflar, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional bağlantılar və TRIPP marşrutunun reallaşması səyləri, post-münaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları məmnunluqla vurğulanıb. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
09 Fevral 2026 21:15
Vens: TRIPP Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək
09 Fevral 2026 21:14
İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq
09 Fevral 2026 21:04
ABŞ Ticarət Palatası Prezident İlham Əliyevi Vaşinqtona dəvət edib
09 Fevral 2026 21:03
Azərbaycan Prezidenti: ABŞ ilə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz təbiidir
09 Fevral 2026 20:43
Azərbaycan Prezidenti: Bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldirik
09 Fevral 2026 20:41
Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib
09 Fevral 2026 20:40
İlham Əliyev: Mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var
09 Fevral 2026 20:39


Bakı -°C

