Azərbaycanın təkrar mənzil bazarında 42 minə yaxın mənzil satılıb
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.
Adalet.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb.
Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub.
Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41 606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21 629 (52 %) olmaqla lider mövqedədir. İkinci sırada 18 865 sayla (45,3 %) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1 112 sayla (2,7 %) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.
Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41 606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25 031 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6 054 əqd), Sumqayıt şəhərində (3 838 əqd) və Gəncə şəhərində (2 202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4 481 əqd düşüb.
Təkrar mənzil bazarı dedikdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra notarial əqdlərlə satılmış mənzillər əsas götürülür. Tikinti şirkətlərinin və ya mənzil-tikinti kooperativlərinin dövlət reyestrində qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul üsulu ilə apardığı əməliyyatlar təkrar bazarın predmeti hesab edilmir və təhlildə nəzərə alınmayıb.
Sözügedən təhlilin məhz 2025-ci ili əhatə etməsi bu məqsədlə hazırlanmış elektron sistemin həmin ildən etibarən fəaliyyətə başlaması ilə əlaqədardır. Bu da təkrar mənzil bazarındakı dinamikanı daha dəqiq və əhatəli qiymətləndirməyə imkan verib. Qeyd edək ki, yaxın dövr ərzində təkrar mənzil bazarına dair 2026-cı ilin ilk yarısını əhatə edən təhlil xarakterli məlumatın da açıqlanması nəzərdə tutulur.
Digər Xəbərlər
28 Oktyabr 2026 18:44
FHN növbəti “açıq qapı günü” tədbiri keçirdi
28 Oktyabr 2026 17:40
Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
28 Oktyabr 2026 12:27
Yağış yağacaq
27 Oktyabr 2026 18:10
Pomidorlar sahədə qalıb...
27 Oktyabr 2026 16:44
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
27 Oktyabr 2026 16:06
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
27 Oktyabr 2026 15:31
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
27 Oktyabr 2026 14:34


Bakı -°C

