Azərbaycanın Uşaq Avroviziya 2025-də təmsilçisinin adı məlum oldu

Azərbaycanın bu il dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.
Adalet.az xəbər verir ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.
Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub:
"Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub".
Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, aranjemançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.
Digər Xəbərlər

Oğlundan 9 ay sonra vəfat etdi

Nazilə Şəbnəmdən inciyib? - “Məndən şeir alıb, oxumur”

Əminə Şirin: “Bu da onların üzlərinin qaralığı olsun”

Könül Kərimova: “Qaynanam məni müğənni olduğum üçün almışdı”

Türkan Şoraydan illər sonra etiraf: “Onlar mənimlə işləmək istəmədi”

Xuraman Əlizadə: “Valideyn iclasına bilərəkdən getmirəm”

Şəbnəm Tovuzlu: “Özüm də, səsim də,xalqa bəllidir”
