“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
“Azərsun Holdinq” ordumuzun Zəfər Gününü media nümayəndələri ilə birlikdə Azərbaycanın ilk inklüziv kafesi “Kashalata”da qeyd edib. İkinci Qarabağ Müharibəsində qazanılan böyük qələbənin beşinci ildönümü münasibətilə təşkil olunan görüşdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.
Adalet.az xəbər verir ki, tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək, bu tarixi günün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Şirkət rəsmisi “Azərsun Holdinq”in müharibə dövründə bütün gücü ilə səfərbər olduğunu, müharibədən sonra isə bu istiqamətdə onlarla layihə icra etdiyini bildirib. O, eyni zamanda “Kashalata” ilə əməkdaşlıq barədə də məlumat verərək, yaxın günlərdə inklüzivliyin təşviqi məqsədilə burada təcrübə keçən bir autizmli gəncin işə alınacağını qeyd edib.
İntellektual yarış formatında təşkil olunan görüşdə iştirakçılar həm bilik, həm də diqqət və məntiq bacarıqlarını sınayıblar. Nəticədə ən çox xal toplayan komanda qalib elan olunub və “Azərsun Holdinq” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Digər Xəbərlər
06 Dekabr 2025 14:59
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
06 Dekabr 2025 11:04
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
04 Dekabr 2025 14:56
Elm itlərə olan sevgimizi necə izah edir?
03 Dekabr 2025 14:59
Ölən qız morqda dirildi - FOTO
03 Dekabr 2025 11:47
Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
02 Dekabr 2025 15:09
Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı - FOTOLAR
01 Dekabr 2025 13:41
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı
01 Dekabr 2025 09:13


Bakı -°C

