Bacısını uşaqlarının gözü önündə öldürübmüş
Bu ilin 24 iyun tarixində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Həsənova Vəfa Nurəddin qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun məhkəməsi başa çatıb.
Adalet.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, V.Həsənova 2006-cı ildə ailə həyatı qurub və 3 övladı olub. Üç il əvvəl onun həyat yoldaşının gözləri tutulub. Bir müddət sonra isə V.Həsənova kiçik övladı ilə birgə yaşadığı evi tərk edib. Bundan sonra H.Həsənov bacısı barədə yaxınlarından məlumat alıb və onu evə qaytarıb. Lakin o, bacısı barədə söz-söhbətlərdən təsirlənərək onun yaşadığı evə gələrək uşaqlarının və həyat yoldaşının yanında çoxsaylı zərbələrlə qətlə yetirib.
Məhkəmədə Vəfa Həsənovanın hüquqi varisi onu qətlə yetirən və 3 uşaq atası olan Həsəndən şikayətçi olmadığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.
Digər Xəbərlər
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07
Fransaya casusluqda ittiham olunan şəxsə hökm oxundu
13 Mart 2026 10:44


Bakı -°C

