Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR
Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci “YAŞAT” düşərgəsinə start verilib.
Adalet.az xəbər verir ki, Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə davam edir. Lənkəran şəhərində təşkil olunan layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. Yeddi həftə davam edəcək düşərgə proqramı uşaqların asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və sosial bacarıqlarının gücləndirilməsi məqsədilə hazırlanıb.
İştirakçılar üçün müxtəlif əyləncə proqramları, maarifləndirici təlimlər, teatr tamaşaları, ekskursiyalar, peşəkar mütəxəssislərlə görüşlər və konsert proqramları təşkil olunur.
Bakcell-in dəstəyi ilə düşərgənin ikinci günü iştirakçılar üçün süni intellekt və innovasiya mövzularına həsr olunmuş təlim keçirilib. Təlim çərçivəsində uşaqlar müasir texnologiyaların gündəlik həyata təsiri, süni intellektin tətbiq sahələri və gələcəyin peşələri barədə məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiya iştirakçıların rəqəmsal biliklərinin və innovativ düşüncə bacarıqlarının inkişafına töhfə verib.
Bakcell sosial məsuliyyət fəaliyyətləri çərçivəsində gənc nəslin inkişafına və cəmiyyətə dəyər yaradan təşəbbüslərə dəstəyini davam etdirir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

