Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.
Bu barədə Adalet.az-a Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil edilən başçəkmədə məqsəd bu müəssisədə saxlanılan şəxslərlə, xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftar və şəraitin araşdırılması, onların hüquqlarının təmini məsələlərinin və göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı əlilliyi olan qadınlar, həmçinin səhhətində problemləri olan 30-a yaxın şəxs saxlanıldığı kameralarda, habelə öz istəklərinə uyğun olaraq konfidensial qaydada qəbul edilib.
Qadınların saxlanıldığı kameralara, eyni zamanda, müəssisənin tibb-sanitar hissəsinə baxış keçirilib, palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb. Qidalanma, gəzinti, sovqat qəbulu, görüş və telefon danışığı ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb, Ombudsmana ünvanlanan müraciətləri qəbul olunub.
Başçəkmə zamanı mövcud vəziyyət qiymətləndirilərək əlilliyi olan şəxslərə münasibətdə müyəssərliyin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, habelə saxlanılan əlilliyi olan qadınların siyahısının aparılması və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müəssisənin və tibbi sanitar hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib, həmçinin hüquqi maarifləndirici söhbətlər aparılıb.
Digər Xəbərlər
18 Oktyabr 2026 00:01
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
18 Oktyabr 2026 00:00
Azərbaycanın müstəqilliyinin bərpasından 35 il ötür
17 Oktyabr 2026 17:44
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
17 Oktyabr 2026 17:00
Sabah yollarda görünüş məsafəsi azalacaq
17 Oktyabr 2026 16:11
Azərbaycan və BƏƏ pilotları döyüş tapşırıqlarını yerinə yetirdilər - VİDEO
17 Oktyabr 2026 12:40
Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - SİYAHI
17 Oktyabr 2026 11:31
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
17 Oktyabr 2026 11:25


Bakı -°C

