Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
***
08:44
Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.
“Bakı Metropoliteni” QSC-dən Adalet.az-a bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.
Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.
Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.
***
08:22
Səhər saatlarında Bakı metrosunun "İçərişəhər" stansiyasının önündə sıxlıq yaranıb.
Adalet.az xəbər verir ki, “Həzi Aslanov”–“İçərişəhər” istiqamətində hərəkət edən qatarların hərəkəti dayanıb.
Nəticədə uzun növbə yaranıb.
Məsələ ilə bağlı Bakı Metropoliteninin QSC-nə sorğu ünvanlanıb.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

