Bakı metrosunda sərnişinlər qatardan düşürüldü - Rəsmi açıqlama
Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir.
Qeyd olunub ki, hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib. Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
***
Bakı metrosunda qatarların birində nasazlıq yaranıb.
Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Yaşıl xətt üzrə Əhmədli-Dərnəgül marşrutu üzrə hərəkət edən qatar 28 May stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən 28 May stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xəttə ikən ona baxış keçiriləcək", - deyə məlumatda qeyd edilir.
Digər Xəbərlər
18 Oktyabr 2026 15:15
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
18 Oktyabr 2026 14:10
Külək güclənəcək - Xəbərdarlıq
18 Oktyabr 2026 00:01
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
18 Oktyabr 2026 00:00
Azərbaycanın müstəqilliyinin bərpasından 35 il ötür
17 Oktyabr 2026 17:44
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
17 Oktyabr 2026 17:00
Sabah yollarda görünüş məsafəsi azalacaq
17 Oktyabr 2026 16:11
Azərbaycan və BƏƏ pilotları döyüş tapşırıqlarını yerinə yetirdilər - VİDEO
17 Oktyabr 2026 12:40


Bakı -°C

