"Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton
Bakı trasında bolid idarə etmək hər zaman əladır və ümumilikdə məhsuldar gün keçirdik.
Adalet.az xəbər verir ki, bu sözləri “Ferrari” komandasının pilotu Lyuis Hemilton Formula 1 üzrə Azərbaycan Qran-Prisində ötən gün keçirilən sərbəst yürüşlərini dəyərləndirərkən deyib.
Yeddiqat dünya çempionu “Ferrari” komandasının çıxışını ümidverici adlandırıb: “Birinci sərbəst yürüş ümidverici oldu. Bir sıra ardıcıl dövrələr keçdik və üzərində işləyə biləcəyimiz faydalı baza formalaşdırdıq. Daha diqqətlə nəzərdən keçirməli olduğumuz bir neçə məqam var. Bununla belə, kifayət qədər məlumat toplamışıq”.
Britaniyalı pilot təkərlərin temperatur rejiminə düzgün uyğunlaşdırılmasının diqqət mərkəzində olduğunu vurğulayıb: “Bunu təmin etmək vacibdir. Bu, həm mövcud ilişmə səviyyəsinə, həm də bolidin ümumi balansına ciddi təsir göstərir”.
Hemiltonun komanda yoldaşı Şarl Lekler isə bildirib ki, məşq sessiyalarında rəqibləri ilə müqayisədə bir qədər sürət çatışmazlığı yaşayıblar: “Fərqi azaltmaq üçün öyrəndiklərimizin hamısını təhlil edəcəyik və irəliləyiş əldə etməyə çalışacağıq. Ümid edirəm ki, həqiqətən zövq aldığım bu trasda sıralama turunda daha güclü nəticə göstərə biləcəyik”.
Dünən keçirilən hər iki sərbəst yürüşdə ən yaxşı nəticəni “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Digər Xəbərlər
22 Oktyabr 2026 13:45
"Sabah" - "Qarabağ" oyununun hakimləri bəlli olub
22 Oktyabr 2026 12:17
“Qolunu oğurladığım üçün üzr istəyirəm” - Ardadan Mbappeyə
22 Oktyabr 2026 11:59
Mbappe mükafatını komanda yoldaşına vermək istədi - VİDEO
22 Oktyabr 2026 10:25
“Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
21 Oktyabr 2026 22:55
“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk
21 Oktyabr 2026 18:13
“Barselona” fransalı azarkeşlərin açdığı bannerə görə UEFA-ya şikayət etmək istəyir
21 Oktyabr 2026 13:25
Mariya Şarapova Bakıya gəlir
21 Oktyabr 2026 09:20


Bakı -°C

