adalet.az header logo
  • Bakı -°C
21 Iyul 2026 15:12
91
ELM VƏ TƏHSİL
A- A+

Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı

Bakı şəhərində məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlanılıb.

Adalet.az  xəbər verir ki, tədris digər dillərdə aparılan bölmələr üçün isə 22 iyul saat 11:00-da başlayacaq.

Qeyd edək ki, qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək. Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.