Bakıda "pub"da dava - Bir ailənin 4 üzvünü döyənlər həbs edildi - VİDEO
Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb.
Adalet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-i Yasamal rayonunda restoran-pubların birində baş verib.
Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlifdərəcəli bədən xəsarətləri yetiriblər. Cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilən C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, C.Muradov və dostlarının daha əvvəl də xuliqanlıq hərəkətləri ilə bağlı mediada məlumatlar yer alıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

