Baku TV-yə xəbərdarlıq edildi
Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Bu barədə Adalet.az-a Şuradan məlumat verilib.
İclas zamanı bu kontekstdə "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilmişdir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.
İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilmişdir. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunmuşdur. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.
Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.
Digər Xəbərlər
18 Noyabr 2025 11:45
HAMIMIZIN QƏZETİ - Rafael Hüseyn yazır
17 Noyabr 2025 17:43
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb - FOTOLAR
14 Noyabr 2025 12:55
“Səs” qəzeti bağlanır
13 Noyabr 2025 14:38
MEDİA Türkiyədə həlak olan jurnalistlə bağlı paylaşım edib
13 Noyabr 2025 12:23
MEDİA rəsmisi Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydalarını şərh edib
13 Noyabr 2025 12:07
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
11 Noyabr 2025 09:53
"Biz Azərbaycanda həm də medianın inkişafını dəstəkləyirik" - "Euronews"un direktoru
07 Noyabr 2025 16:06


Bakı -°C

