adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 13:14
65
ƏDƏBİYYAT
A- A+

Balaca dovşan və sehrli kök

(nağıl)

Bir vaxtlar meşədə Pırtı adlı balaca dovşan yaşayırdı. O, çox  şən  idi, amma  biraz  səbirsizdi. Hər  şeyin  dərha  lolmasını  istəyirdi.

Bir gün   nənəsi   ona  kiçik  bir  kök   toxumu  verdi.

–Bunu  ək   və  qayğı  göstər, –nənəsi  dedi. –Vaxtı  gələndə  sənə  gözəl   bir  hədiyyə  verəcək.

Pırtı  toxumu  əkdi. Ertəsi  gün  qaçıb  baxdı.

–Niyə  hələ  kök  çıxmayıb?

O biri  gün   yenə  baxdı.

–Hələ  də  heç  nə  yoxdur!

Bir neçə  gün  belə  keçdi. Pırtı  bezdi  və  dedi:

–Mən  gözləyə  bilmirəm!

Elə  bu  vaxt  yaxınlıqdakı   müdrik  tısbağa  ona  yaxınlaşdı.

–Böyük   şeylər   əldə  etmək  üçün  zəhmət  və  birazda səbir   lazımdır, balaca  dostum.

Pırtı  tısbağanın  sözünə  qulaq  asdı. Hər  gün  toxuma  su  verdi, torpağını  yumşaltdı  və  səbirlə  gözlədi.

Bir müddət  sonra  torpaqdan  yaşıl  yarpaqlar  çıxdı. Pırtı  sevincindən  hoppanıb-düşdü. Günlər  keçdi   və  yarpaqlar   böyüdü. Nəhayət, kökü  çıxarmaq  vaxtı  gəldi.

Pırtı  kökü  çəkdi, çəkdi, çəkdi... Birdən  torpaqdan  nəhəng   bir  kök   çıxdı!

O qədər  böyük  idi  ki, bütün  meşə  heyvanları  toplaşıb  ondan  yemək   hazırladı. Hamı  doydu   və  şənlik  etdi.

Pırtı   həmin  gün  vacib   bir  şey  öyrəndi – səbir   etməklə  gözəl  nəticələrə nail olursan. Və o gündən    sonra  artıq  heç  nəyə   tələsmirdi.

Zeynəb Əli Yaşa (Əliqızı)