"Barselona" Levandovski ilə bağlı qərar verdi
İspaniyanın "Barselona" komandası futbolçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 36 yaşlı hücumçunun çıxışından razı qalıb və növbəti mövsümdə də onun xidmətindən yararlanmaq niyyətindədir. La Liqa klubunun yeni hücumçu axtarışında olmadığı bildirilib.
Bununla da polşalı oyunçunun müqaviləsi avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılacaq.
Bu mövsüm Robert Levandovski "Barselona"nın heyətində 20 matçda iştirak edib, 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avro göstərilib.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionatında 15 oyundan sonra 34 xalla turnir cədvəlinə liderlik edir.
Digər Xəbərlər
20 Mart 2026 23:58
"Neftçi" "İmişli"ni darmadağın etdi
20 Mart 2026 19:42
Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi
20 Mart 2026 09:47
Konfrans Liqası: “Samsunspor” minimal hesabla qələbə qazandı
19 Mart 2026 09:47
Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26


Bakı -°C

