Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir. Bu məqsədlə iyunun 22-dək ölkəmizdə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır.
Digər Xəbərlər
22 Iyul 2026 16:16
Vətəndaşlar artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
22 Iyul 2026 16:01
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
22 Iyul 2026 15:46
Qeyri - ixtisas sahibi vəzifədə olanda...
22 Iyul 2026 15:36


Bakı -°C

