Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 2-si saat 10:00-da Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Masallı, Yardımlı, Lənkəran və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, - məlumatda qeyd edilib.
Digər Xəbərlər
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07
Fransaya casusluqda ittiham olunan şəxsə hökm oxundu
13 Mart 2026 10:44


Bakı -°C

