Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, [email protected] və [email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
24 Oktyabr 2026 09:09
Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41
İlham Əliyev Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik etdi
23 Oktyabr 2026 12:07


Bakı -°C

