Bayrağa görə canıını təhlükəyə atdı: Markaryan olayı - 21 il

Bu gün Azərbaycanın ləyaqətli oğlu, polkovnik-leytenant Ramil Səfərov Azərbaycan bayrağının erməni zabiti Q.Markaryanın təhqir etməsini qəbul etməyərək onu qətlə yetiməsindən 21 il ötür.
Azərbaycan bayrağı hər bir azərbaycanlının şərəfi və qürurudur. Yüz minlərlə igidimiz o bayrağın yüksəklərdə dalğalanması üçün çanını qurban edib. Şəhidlərimiz o bayrağa bükülüb dəfn edilib. Bayrağımız müqəddəsdir və bunu dünyaya ilk bildirən də Ramil Səfərov oldu.
Cəbrayıl rayonunda doğulduğu üçün hələ yeniyetmə vaxtılarından anlayırdıkı ətrafındakı vətən uğrunda döyüşüb qəhrəmanlıqla həlak olan igid həmyerliləri üç rəngli bayrağı öz canlarından əziz biliblər.
Erməni terrorçularının və Ermənistan silahlı qüvvələrinin R.Səfərovun doğma yurdunu işğal etməsi, onun xalqını, bayrağını, qürurunu təhqir etməsini bağışlaya bilmirdi, odur ki, 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib.
2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib.
Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edildi.
Dünyanın tərəqqipərvər ictimaiyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi səyi nəticəsində Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirildi. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edildi.
Azərbaycan bayrağına məhəbbəti, sayğısı, eyni zamanda bu bayrağa görə özünün karyerasını, gələciyini, həyatını təhlükəyə atdığı üçün Azərbaycan xalqı onu əziz tutur və hər zaman onu qəhrəmanı kimi sevir!
Əntiqə Rəşid
(Yazarın arxivi)
Digər Xəbərlər

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Azərbaycanın hər yerində qar yağır - FAKTİKİ HAVA

Bakıya sulu qar, rayonlara qar yağır - FAKTİKİ HAVA

"Nuxa" restoranının fəaliyyəti dayandırıldı - VİDEO

Bu ərazilərə qar yağıb - Faktiki hava

İlham Əliyev Ballıca sakinləri ilə görüşdü - FOTOLAR + YENİLƏNİB

“Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını İlham qoyacağam” - Ballıca sakini
