“Bəlkə, bir az da irəli gedə bilərik” - Trampdan müəmmalı mesaj
“Bəlkə də, İranla bağlı məsələdə bir az da irəli gedə bilərik”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında keçiriləcək seçki mitinqinə yollanarkən Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İranı bir çox sahədə ciddi şəkildə zəiflətdiklərini söyləyib, hərbi əməliyyatların daha da genişləndirilə biləcəyinə işarə edib.
Noyabrın 3-də keçiriləcək aralıq konqres seçkiləri ərəfəsində amerikalıların İranla müharibəyə və yanacağın qiymətlərinə münasibəti barədə suala cavab verən prezident cəmiyyətdə fərqli fikirlərin olduğunu bildirib.
“Bəzi insanlar bunu bəyənir, bəziləri isə yox. Hər şeyin bir qiyməti var. Lakin ölkəsini sevən bir çox insan bunu, həqiqətən, bəyəndi”, - Tramp deyib.
ABŞ Prezidenti İrana ciddi zərər vurduqlarını söyləyib: “Biz onları ağır məğlubiyyətə uğratdıq və bəlkə də bir az da irəli gedə bilərik”.
Digər Xəbərlər
23 Oktyabr 2026 10:26
MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrda açıqlanacaq
23 Oktyabr 2026 10:14
KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
23 Oktyabr 2026 10:05
“Ukrayna ilə sülh razılaşmasına hazırıq” - Putin
23 Oktyabr 2026 09:54
Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
23 Oktyabr 2026 09:36
Küçə etirazları Avropanı cənginə alacaq - "Politiko"
22 Oktyabr 2026 17:11
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
22 Oktyabr 2026 17:09
Çinli alimlər minlərlə neyronu izləyə bilən cihaz yaratdılar
22 Oktyabr 2026 16:03


Bakı -°C

