Bəşər Əsəd hökumətinin rəsmiləri məsuliyyətə cəlb ediləcək - Blinken
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən tərəfləri, eləcə də Suriyanın keçmiş hökuməti dövründə çalışmış yüksək çinli məmurları məsuliyyətə cəlb etmək niyyətindədir.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin sölərinə görə, keçmiş rəsmilər kimyəvi silahdan istifadə də daxil olmaqla, Suriya xalqına qarşı törədilən vəhşiliklərə və cinayətlərə görə” cavabdehlik daşıyacaqlar.
Dövlət Departamentinin rəhbəri həmçinin Suriyada hakimiyyəti ələ alan müxalifət qüvvələrini insan haqlarına hörmətlə yanaşmağa və ölkənin mülki əhalisini qorumağa çağırıb.
Blinken Vaşinqtonun regionda baş verən hadisələri yaxından izlədiyini vurğulayıb.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi Mixail Ulyanov özünün Telegram kanalında Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu xatırladaraq, “Rusiya çətin vəziyyətdə dostlarına xəyanət etmir” deyə qeyd edib.
Bəzi Suriya nəşrləri və sosial şəbəkələrin Suriya bölməsi Əsədin ailəsi ilə birlikdə Moskvaya getməsi barədə rusların yaydığı məlumatı şübhə altına alıb.
Digər Xəbərlər
31 Yanvar 2026 17:52
Yaxın vaxtlarda Mayamidə ABŞ-Rusiya danışıqları BAŞLAYACAQ
31 Yanvar 2026 17:42
İranda partlayış: Əlirza Təngsiri öldürülüb?
31 Yanvar 2026 17:40
İranda güclü partlayış: ölənlər var
31 Yanvar 2026 17:10
BMT müflis olmaq təhlükəsindədir - Quterreş anons verdi
31 Yanvar 2026 16:00
“Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
31 Yanvar 2026 15:43
BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya
31 Yanvar 2026 14:55
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - Qorxuducu “Abraham Lincoln”
31 Yanvar 2026 14:15


Bakı -°C

